YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda şəhid Elvin Ağakərimovun xatirəsi anılıb

Şamaxıda Vətən müharibəsi şəhidi Ağakərimov Elvin Eldəniz oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının əməkdaşları rayondakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. 

Təşkilat nümayəndələri şəhidin ailəsinə başsağlığı verərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulacaq.

Sonda şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.