YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cahangir Əsgərov: Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açılacaqdır

Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açılacaqdır.

Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov “The Business Year” jurnalına müsahibəsində demişdir.

C.Əsgərovun sözlərinə görə, ABŞ-a mütəmadi reyslər cari ilin yay mövsümünün sonunda açılacaqdır. Artıq bunun üçün ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin icazəsi alınmışdır. İdarənin ekspertləri Azərbaycan aviasiyasının uçuşlarının beynəlxalq təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləmişlər.

“AZAL”ın prezidenti bu reysin Cənubi Qafqazdan ABŞ-a ilk reys olacağını və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mülki aviasiya sahəsində regional lider statusunu daha da möhkəmləndirəcəyini bildirmişdir.