YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatının bir qrup fəalı Şuşaya səfər edib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının bir qrup fəalı Şuşa şəhərinə səfər edib.

Partiya fəalları öz doğma yurdlarına səfər turlarının təşkil edilməsindən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Böyük Zəfərimiz ümummilli lider Heydər Əliyevin 1990-cı illərdən başlayaraq qurub-yaratdığı möhkəm təmələ əsaslanan strateji planların yeni təntənəsi, məntiqi nəticəsidir. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vurğulanıb ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi.

Vətən naminə canlarından keçən şəhidlərimiz əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunələridir. Onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.