YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər tapşırıqlar məşq etdirilib. Komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.