YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayonunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Səbail rayonu təşkilatının sədri Muxtar Nağıyev, ərazi partiya təşkilatlarının sədrləri Mikayıl Zeynalov, YAP Səbail rayon təşkilatının fəal üzvləri Elşad Əliyev, Hacı Rövşən və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, YAP Səbail rayon təşkilatı daima qazilər ilə bir yerdə olmağı özünə şərəf bilir: “Biz hər zaman gücümüz çatdığı qədər qazilərin yanında olmağa çalışırıq. Nəzərinizə çatdırım ki, Xocalı rayonunun Fərrux kəndində artıq Azərbaycan bayrağı dalğalanır. Havanın şaxtalı və soyuq olmasına baxmayaraq Azərbaycan əsgərləri torpağımızı işğaldan azad etdi”.

Daha sonra tədbirdə iştirak edən YAP Səbail rayonunun fəal üzvləri Elşad Əliyev və Birinci Qarabağ müharibəsinin qazisi Hacı Rövşən qonaqları və Vətən müharibəsinin iştirakçılarını salamlayaraq, onlara öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiyasının sədri Mikayıl Zeynalov qazilər və müharibə veteranlarını Novruz Bayramı münasibətilə təbrik edib: “Müharibə iştirakçıları və qazilərimiz ilə gözəl günlərimizi paylaşmaq doğrudan da şərəfli və müqəddəs bir hadisədir. Bütün müharibə iştirakçılarına respublika səviyyəsində hörmət və qayğı göstərilir. Bunların hər birinin səbəbkarı Ali Baş Komandan İlham Əliyevdir. Biz hamılıqla möhtərəm Prezidentə öz təşəkkürümüzü bildiririk. Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət və həmin siyasəti bu gün də davam etdirən Prezident İlham Əliyev sayəsində biz 30 ildən sonra torpaqlarımıza geri döndük”.

Tədbirdə çıxış edən “Zərifə Əliyeva 96” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Piralı Əliyev qaziləri salamlayaraq, bayram münasibəti ilə onları təbrik edib: “Mənim qardaşım da torpaqlarımız uğrunda döyüşüb və şəhid olub. Prezident İlham Əliyev 200 illik Azərbaycan tarixində alınan torpaqlarımızın geri qaytaran ilk sərkərdədir. Bunların hər biri bizim dəyanətli ordumuzun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayəsində həyata keçib”.

Daha sonra tədbirdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri İsrafil Bəkirov, Soltanəli Qurbanov, Müşfiq Mustafayev Azərbaycan torpaqlarının işğaldan azad edilməsində göstərdikləri şücaətə görə Vətən müharibəsi iştirakçılarına təşəkkürlərini bildirib və bayramlarını təbrik ediblər.

Sonda YAP Səbail rayonunun sədri Muxtar Nağıyev Vətən müharibəsi iştirakçılarını diplomlarla təltif edib.

DİGƏR Xəbərlər Arxiv