YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Bölgədə sülh və sabitliyin təmin olunması üçün, ilk növbədə, üçtərəfli bəyanatların tam icrası vacibdir

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 28-də Almaniya Federativ Respublikasının Elm və Siyasət Fondunun Alman Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun direktoru Ştefan Mayer və İnstitutun elmi tədqiqatçıları ilə dəyirmi masa formatında görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin təmin olunması üçün, ilk növbədə, imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi vurğulanıb.

Sual-cavab formatında davam edən görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

DİGƏR Xəbərlər Arxiv