YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Novruz bayramı münasibətilə təşkil olunan “Zəfər müjdəli Novruz” adlı aksiya çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Samux rayonunun Qarayeri qəsəbəsində şəhid Seymur Bəylərovun, Göygöl rayonunun Üçtəpə qəsəbəsində şəhid Eşqin Tağıyevin, Gəncə şəhərinin Gülüstan qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidləri “Azərbaycan Bayrağı” ordenli Zahid Musayevin və Vitali Hüseynovun, Göygöl rayonunda şəhid Samir Bayramovun ailələrinə baş çəkib, onlara bayram sovqatları təqdim ediblər. Təşkilat sədri dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.  Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.