YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənilər məqsədlərinə çatmayacaq

«İrəvanda qondarma «erməni soyqırımı ilə bağlı keçiriləcək tədbirə bir çox  dövlətin birinci və  ikinci  dərəcəli  şəxsləri  dəvət edilib. Amma ölkələrin çoxu bu tədbirə gəlməyəcəyini bildirib. Ermənilər məqsədlərinə çatmayacaq». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Roma Papasının da tədbirə qatılmaqdan imtina etməsi katolik dünyasına, katolik dünyasının dövlət başçılarına bir ismarcdır ki, onlar  da həmin tədbirdə iştirak etməsin. Onun sözlərin əgörə, ermənilər tək aprelin 24-də deyil, bütün il boyu soyqırımı tədbirləri keçirmək  istəyir.

«Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə  də dünya liderləri  dəvət edilib. Bu tədbirin özü  Ermənistanın 100 illiklə bağlı planlarını  alt-üst edib. Eyni zamanda,  Azərbaycanda keçiriləcək Birinci Avropa  Oyunları da həmin planı alt-üst edəcək.  Yayda dünyanın, Avropanın gözü Azərbaycanda olacaq, Azərbaycandakı inkişafın şahidi olacaqlar. Hesab edirəm ki, Çanaqqala zəfərinə  həsr edilmiş tədbir və Avropa oyunları  soyqırımla bağlı tədbirə güclü zərbədir. Bu Türk dünyası  həqiqətlərinin dünyaya çatdırılmasında mühüm bir hadisədir»- deyə, politoloq qeyd edib.