YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub

«Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına olan 6,9 milyard manatın hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib». Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. 

V.Gülməmmədov bildirib ki, 2013-cü il dövlət büdcəsinin icrası Azərbaycanın iqtisadi inkişafı ilə müşahidə olunub. Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri üzrə təhlilləri əks etdirir.

«Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 real inkişaf tempinə nail olunub, adambaşına düşən ÜDM təxminən 8 min dollara yaxın olub. Qeyri-neft sektoru üzrə 10 faiz artım baş verib. Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub»- deyə, Hesablama Palatasının sədri qeyd edib.