YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Somali arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazirlər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə regional məsələlər də müzakirə edilib.

Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədəki cari vəziyyət barədə həmkarını məlumatlandırıb.

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycanı təbrik edib.

Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Somalili nazir Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhsil təqaüdlərinin ayrılmasını yüksək qiymətləndirib, bu sahədə gələcəkdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv