YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Pandemiya dövründə Azərbaycan və İran arasında iqtisadi dövriyyə 30 faiz artıb

Pandemiya şəraitini nəzərə alsaq Azərbaycan və İran arasında iqtisadi dövriyyənin 30 faiz artması çox yaxşı nəticədir.

Bu barədə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, bu ilin yanvar ayında isə təxminən 22 faiz ticarət əlaqələrimiz artıb.

“Bizim əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var. Qeyd etməliyəm ki, 2050 İran şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir”, - deyə Baş nazirin müavini əlavə edib.

DİGƏR Xəbərlər Arxiv