YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə Ağdam şəhərinə səfər təşkil olunub

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə partiya fəallarının, gənclərin və rayonun bir qrup şəhid anaları və ailələrinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri təşkil olunub.

Səfər zamanı 30 ilə yaxın erməni işğalına məruz qalan, viran edilən Ağdam şəhərində İmarət Kompleksi, Çörək muzeyi, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət edilib.

Səfər iştirakçıları Ağdam Şəhidlər xiyabanında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini yad edib, şəhid məzarları önünə əklil və gül dəstələri qoyublar.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Şahbulaq qalasının həyətində çıxış edərək, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında yaratdığı reallıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətimizin qüdrətlənməsi yolunda aparılan uğurlu daxili və xarici siyasətdən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin məhz bu uğurlu, güclü siyasətin və sarsılmaz xalq-iqtidar birliyinin nəticəsi olduğunu deyib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına işğaldan azad edilmiş torpaqlarımıza qovuşmağımızın hər birimiz üçün ən böyük sevinc və qürur mənbəyi olduğu vurğulanıb.

Prezidentin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülmüş şəhid Asif Abışovun anası İsbət Hətəmova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib, azad olunmuş bu müqəddəs torpaqların onlar üçün ən böyük hədiyyə olduğunu bildirib.

Daha sonra Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə şəhid anaları və ailələrinə hədiyyələr təqdim edib.