YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koronavirusla mübarizə aparan qəhrəman həkimlərimiz

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

“Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir”. Müdriklərdən birinin dediyi bu fikrin nə qədər doğru olduğunu son iki ildə bir daha gördük.

Koronavirus pandemiyası, virusun insanlara vurduğu ziyan və yaşadığımız böyük ağrı-acılar bütün dünya insanı kimi bizləri də böyük və ciddi sınaqlardan keçirdi. Və bu ciddi sınaqda ən böyük yük, ən ağır məsuliyyət və ən gərgin iş də məhz həmkarlarımın- həkimlərin çiyninə düşdü.

Ələlxüsus modul tipli xəstəxanalarda, reanimasiyada ağır durumda olan xəstələrlə təmasda olan həkimlərimiz, tibb işçilərimiz böyük mücadilə verdi. 

Məhz bu mübarizələr, mücadilələr həkim peşəninin necə şərəfli, ali və uca olduğunu bizə bir daha aydın göstərdi.

Məhz bu çətin illərdə məsləyinə sadiq, əlləri və könlü şəfalı tibb adamlarının ölümlə üz-üzə dayanıb neçə-neçə insanın sağlığına qovuşması, yenidən həyata qayıtması üçün çalışdığını izlədik.

Onların hansı ekstremal şəraitlərdə çalışdıqlarını, saatlarla yorğun-arğın, ailələrindən, əzizlərindən günlərlə ayrı qalıb işlədiklərini, həyata qaytarmağa çalışdıqları xəstənin ölümündən üzüldüklərinə şahidlik etdik.

Neçə-neçə dövlət, elm, incəsənət adamı, sadə vətəndaşımız məhz həkimlərimizin məsuliyyətli və vicdanlı fəaliyyətinin, fədakarlığının, işinə sevgisinin nəticəsində həyata döndü.

Doğrudur, amansız virus  üzündən itkilərimiz, həyatını itirən neçə-neçə dəyərli insanlarımız da oldu.

Amma onların hər birinin həyatda qalması, sağlığına qovuşması üçün həkimlərimiz son anadək əlindən gələni əsirgəmədilər və hazırda da əsirgəmirlər.

Məhz belə gərgin çalışma və çabalarda dünyasını dəyişənlər yalnız tanınmışlar, sadə vətəndaşlar olmadı. Onlarla yanaşı, neçə həkim, tibb adamı, gənc həmkarlarımız da koronavirusun qurbanı oldu.

Ömrünün ən gözəl dönəmində həyatını itirdilər.

Təkcə 2020-ci ildə 50-dən çox həkim koronavirusla mübarizədə həyatla vidalaşdı. İstər bölgələrimizdə, istər paytaxtda neçə-neçə tibb adamı vaxtsız dünyasını dəyişdi.

Təəssüf ki, dünyamızı saran, mövcud olduğu gündən bu vaxtadək neçə-neçə insanın həyatını qaraldan bu bəla ilə mübarizə hələ də bitməyib. Xəstəliyin yeni ştammları ilə gərgin mübarizə bu gün də davam edir.

Onlar hər kəsdən daha çox virusun tamamilə məhv olması, insanların əvvəlki rahat, maskasız, yoluxma qorxusu olmadan yaşadıqları dönəmin bərpası üçün can atırlar.

Çətin, amma şərəfli məsləyinə sadiq bütün həkimlərimizin bu yöndəki fəaliyyətləri alqışlanmalı, geniş işıqlandırılmalı  və tibb düyasına örnək göstərilməlidir.

Sonda koronavirusla mübarizədə itirdiyimiz həkimlərin adlarını təqdim edirəm:

1. Əhməd Şirinzadə  - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.

2. Kəmalə Dəhqani - Gəncə şəhəri,Uşaq nevroloqu

3. Kamil Əliyev - Astara MRX,- cərrah

4. Mehman Hüseynov  - Gəncə şəhəri, ortoped-travamotoloq

5. İbadət Ağayev - Cəlilabad, TTYS

6. Ceyhun Hacıyev - Bakı ş.- Anestezioloq-reanimatoloq

7. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.

8. Fərman Süleymanov - Sumqayıt şəhər xəstəxanası

9. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

10. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu

11. Rəna Məmişova - Mingəçevir şəhər x/x- Reanimasiya Şöbəsi

12. Zakir Xəlilov - Bakı şəhəri, TTYS

13. Ruhiyyə Kərimova - Bakı şəhəri, kardioloq

14. Tahir Bababəyli - İstanbul, Başakşehir Kayabaşı mahallesi.

15. Tərlan Hüseynli - Mingəçevir şəhəri,- stomatoloq

16. Surxay Quliyev -  Gəncə şəhəri, TTYS

17. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana,- pediatr.

18. Cəmşid Abbasov - Gəncə şəhəri, TTYS

19. Kərəm Yaqubov -  Kliniki Tibbi Mərkəz, həkim-reanimatoloq

20. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi

21. Surət Abbasov - Gəncə şəhəri, TTYS

22. Fəxrəddin Məmmədov  - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası,

rentgenoloq

23. Qəşəm Hüseynov -  Bakı şəhəri, TTYS

24. Sədaqət Həsənova - N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı

25. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası -Ortoped-Travmatoloq

26. İsmayılova Aidə  - Bakı şəhəri, 25 saylı poliklinikada Terapiya şöbəsinin müdiri

27. Pirverdi Hümbətov - Cəlilabad Qarazəncir kənd həkim məntəqəsinin müdiri

28. Cəlil Qocayev - Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi

29. Mətanət Atayeva - Bakı şəhəri, Suraxanı rayonu 23saylı poliklinikada- terapevt

30. Valiyə Peykər – Bakı şəhəri,  7 saylı doğum evi, cərrah, mama-ginekoloq

31. Təranə Quliyeva - Bakı şəhəi, 5 saylı poliklinika

32. Zərifə Səfərova – Bakı ş., Elmi -Tədqiqat Pediatriya İnsitutunun həkimi

33. Xasay Bayramov  - Sumqayıt  Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında həkim

34. Tofiq Əliyev - Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında həkim

35.Teymur Cəfərov - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu

36.Bəyaz xanım  - Bakı şəhəri, KTM -terapevt

37.Müşfiq Nağıyev – Bakı şəhəri, həkim-farmosevt

38. Xəqani Məhərrəmov – Bakı şəhəri,  Furqan klinikası, həkim-treapevt

39.Xanlar Qasımov  - Şəki şəhəri - terapevt

40.Qənirə Əhmədova -1 saylı KTM -cərrah

41. Qərib Məmmədov - NƏBZ klinikası – nevroloq

42. Sevda Talıbova – Bakı ş., Elmi-Tədqiqat Kardiologiya İnstitutu

Bir daha koronavirus infeksiyasından vəfat edən həkim və tibb işçilərimizə Allahdan rəhmət, onların yaxınlarına isə səbr diləyirəm. Vətəndaşlarımıza isə Operativ Qərargahın qoyduğu qaydalara əməl etməyi məsləhət görürəm. Qaydalara əməl edək ki, tezliklə koronavurus bəlasından xilas olaq.