YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artis Pabriks: Latviya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir

Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün nəticələri, azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə postmünaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Nazir Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacibliyi vurğulayıb.

Xarici işlər naziri Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri də qeyd edib. Azərbaycanın Avropa İttifaqı ilə sazişin yekunlaşmasına önəm verdiyi diqqətə çatdırılıb.

Öz növbəsində Latviyanın müdafiə naziri Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkəmizi özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün əlamətdar hadisə olduğunu vurğulayıb.

Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.