YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində şəhid ailələrinin ziyarəti davam edir

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə dəstəyilə Novruz bayramı ilə əlaqədar təşkil olunan “Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində Vətən müharibəsi şəhidləri Ataşov Asif Kərim oğlu, Abbasov Səxavət Rizvan oğlu, Musayev Sahib Musa oğlu, Xəlilov Ruhin Müzəffər oğlunun ailələri ziyarət olunub.

Ziyarət zamanı YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin böyüklüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda adlarını qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Təşkilat sədri Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımıza bu gün şanlı Zəfərimizin əbədi bahar gətirdiyini bildirib.

O, vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə öz təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Xatirələri dərin hörmətlə anılan şəhidlərin ailə üzvləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.