YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınır

“Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınır. Bu fakt dünya dövlətləri tərəfindən də etiraf olunur. Ölkəmizin əsas tərəfdaşlarından biri də Böyük Britaniyadır. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri əlaəqlərimizin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Baronessa Emma Nikolsonu qəbul edərkən Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb. Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu 30 il ərzində iqtisadi, ticarət əlaqələrimiz genişlənib, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP ölkəmizdə uğurla  fəaliyyət göstərir. Dövlətimizin başçısı  Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini də qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu ölkə  Avropa regionunda və bütövlükdə qlobal siyasi və iqtisadi-ticarət münasibətlərində xüsusi rola malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, “Böyük Yeddilik” və “Böyük İyirmilik” qruplarının aparıcı üzvüdür.  Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Bu il Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ən yüksək səviyyədə qeyd olunur. Ötən 30 il ərzində əlaqələrimiz uğurla inkişaf edib.

“Ümumiyyətlə, regionda, bütövlükdə  baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın dünya üçün nə qədər önəmli ölkə olduğunu bir daha görürük.    Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Məhz bu səbəbdəndir ki, dünyanın böyük dövlətləri mütəmadi olaraq Prezident İlham Əliyevə zəng edir və ya məktub göndərərək ölkəmizin region üçün önəmini vurğulayırlar. Dövlətimizin başçısına İtaliya Nazirlər Şurasının sədri Mario Draqin telefon zəngi, Böyük Britaniyanın baş naziri Boris Consonun və Fransa prezidenti Emanuel Makronun  məktubları da bunu deməyə tam əsas verir. Bu faklar onu göstərir ki, cənab Prezident uzaqgörən, düşünülmüş və praqmatik  siyasət həyata keçirir. Prezident İlham Əliyevin bu siyasəti dövlətimizin dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın regionun gələcək taleyində həlledici rol oynayır. Ölkəmizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazın inkişafında böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanın dünya müstəvisində yeri və rolu əhəmiyyətli dərəcədə artmaqdadır”,-deyə S.Fətəliyeva vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv