YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Dünyada ən uca zirvədir Ana!” adlı bayram tədbiri keçirilib.

Şəhid analarına, həyat yoldaşlarına və övladlarına həsr olunmuş tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Rasim Musabəyov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, şəhid ailələri və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan qadınının ən böyük xidməti vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Azərbaycan Anası gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalq, cəmiyyətə layiqli övlad kimi yetişməsi kimi missiyanın öhdəsindən şərəflə gəlib və torpaqlarımızın müdafiəsi, Azərbaycanın bütövlüyünün təmin olunması zamanı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək qəhrəmanlıq səlnaməsi yaradıb.

Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, həmçinin onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyə nail oldular.

Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Rasim Musabəyov Azərbaycan qadınlarının tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.

Tədbirdə şəhid anaları, həyat yoldaşları və övladlarına YAP Nərimanov rayon təşkilatının, Bakı Nəqliyyat Agentliyinin və Avrora Group-un xüsusi bayram hədiyyələri təqdim olunub/

Tədbirin sonunda bədii konsert proqramı ilə tanınmış incəsənət nümayəndələri çıxış ediblər.