YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhidin doğum günü qeyd olunub

Oğuzda Vətən müharibəsi şəhidi Lillahov Fərid Loğman oğlunun doğum günü uyuduğu Baş Daşağıl kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub. 

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının əməkdaşları şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsinə təşkilat adından xatirə şəkli təqdim olunub.

Qeyd edək ki, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Lillahov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.