YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yaradılmasının 29-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 29-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub və Ulu Öndərin əziz xatirəsi ehtiramla anıb.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov rayon təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini bu müddət ərzində uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə daha böyük uğurları hədəfləyir.

V.İsmayılov çıxışında Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini vermələrindən bəhs edib. Bütün partiya üzvlərini və qadınları təbrik edərək onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində tədbirdə Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış edərək tarixi, siyasi hadisələrə nəzər salıb və YAP-ın yaradılmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından, rayon təşkilatlarının çox çətin şəraitdə yaradılmasından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyası və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu var. Vurğulayıb ki, dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatının sürətli inkişafı, ictimai-siyasi sabitliyin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sözlərinə görə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Həmçinin ölkəmizin qazandığı uğurların iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi olduğunu söyləyib. İcra başçısı çıxışının sonunda bütün partiya üzvlərini bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Daha sonra YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. YAP Binəqədi rayon təşkilatının yaradılmasının 29-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon təşkilatının və Binəqədi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təşkilatın və Binəqədi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, hədiyyələr təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı və çay süfrəsi təşkil edilib.

DİGƏR Xəbərlər Arxiv