YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Qəhrəmanlar Anası” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə 8 - Mart Beynəlxalq Qadınlar günü münasibətilə “Qəhrəmanlar Anası” adlı tədbir keçirib.

Tədbirdə YAP Zaqatala rayon təşkilatının, rayon RİH-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları, 1-ci Qarabağ müharibəsi, aprel döyüşlərinin, Vətən müharibəsi şəhidlərinin anaları, həyat yoldaşları və övladları iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, 1-ci Qarabağ müharibəsi, aprel döyüşlərinin, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə çıxış edərək  Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və diqqətini xüsusi qeyd ediblər.

Daha sonra çıxış edən şəhid anaları şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilərin ifasında kompozisiya və musiqi nömrələri səsləndirilib.