YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri hər zaman sıx olub

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan torpaqlarımızın bərpasında Türkiyə şirkətləri fəal iştirak edirlər”, - deyə nazir qeyd edib.

Ceyhun Bayramov həmkarı ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin nəzərdən keçirildiyini söyləyib. Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 12 faiz artıb. Lakin potensial bundan qat-qat yüksəkdir.