YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyada GUAM iştirakçıları olan dövlətlərin ekspertləri üçün seminar keçirilib

Yaponiyada GUAM iştirakçıları olan dövlətlərin ekspertləri üçün seminar keçirilib. Təşkilatın Kiyevdəki qərargahından verilən məlumata görə, su ehtiyatlarının idarə edilməsi problemlərinə həsr olunmuş bu seminar GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində Yaponiya hökuməti tərəfindən təşkil edilib.

Tədbirdə GUAM iştirakçıları olan dövlətlərin nazirlik və idarələrinin, habelə GUAM Katibliyinin nümayəndələri iştirak ediblər. Təşkilatın üzvü olan dövlətlərin nümayəndələri öz dövlətlərində su ehtiyatlarının inkişafı və potensialı mövzusunda təqdimatlar nümayiş etdirib, su təchizatı sahəsində Yaponiyanın siyasəti ilə tanış olublar.

Bir həftə davam etmiş seminarın iştirakçıları bu ölkənin Xarici İşlər Nazirliyində, Ətraf Mühit Nazirliyində, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyində olublar. Ekspertlər İtabasidə Misono sutəmizləmə zavodunun, Bunködə su təchizatının idarə edilməsi mərkəzinin, Kasaidə sutəmizləmə mərkəzinin fəaliyyəti ilə, habelə Musaşi kanalının yenidən qurulması üzrə işlərin gedişi və Ton bəndi ilə tanış olublar.

GUAM iştirakçıları olan dövlətlərin nümayəndələri seminar çərçivəsində Tokio, Kioto və Osaka şəhərlərinin görməli yerləri ilə də tanış olublar.

Təşkilatın üzvü olan dövlətlərin nümayəndələri seminarın işinə yekun vurmaq, habelə su ehtiyatlarının idarə edilməsi sahəsində “GUAM-Yaponiya” formatında reallaşdırılması nəzərdə tutulan birgə təkliflər hazırlamaq məqsədilə GUAM-ın Kiyevdəki Katibliyində iclas keçirməyi qərara alıblar.