YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Məmmədov: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda BMT-nin dəstəyini yüksək qiymətləndirir

BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bununla bağlı 4 qətnamə qəbul edib.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Proqramı uğurla icra olunur. Ölkəmiz 30 ilə yaxın işğala məruz qalsa da, inkişafı davam edib. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda BMT-nin yardımını və dəstəyini yüksək qiymətləndirir.

Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan E.Məmmədov qeyd edib ki, bu, bundan sonra da belə olacaq.

“Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir”, - deyə nazir müavini əlavə edib.