YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Örl Litzenberger: ABŞ və Azərbaycan güclü tərəfdaşlar olaraq ötən 30 ildə bir çox nailiyyətlər əldə ediblər

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində apardığımız birgə fəaliyyətlər bu əməkdaşlığın tərkib hissəsidir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger fevralın 28-də ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib: “ABŞ ilə Azərbaycan arasında təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik. ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”.