YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xızı rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov partiyanın və rayon təşkilatının ötən dövr ərzində keçdiyi şərəfli tarixi yolundan bəhs edib. Təhsil şöbəsinin müdiri Oqtay Abdullayev, Sığorta ərazi partiya təşkilatının sədri Kamran Quliyev və Yeni Yaşma kənd ərazi partiya təşkilatının sədri Şahin Əsgərov Yeni Azərbaycan Partiyasının sədri, Ulu Öndərin layiqlı davamçısı cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsindən, YAP Xızı rayon təşkilatının yaranmasından söz açıblar.

Sonda rayon təşkilatının qarşısında duran vəzifələrdən danışan YAP Xızı rayon təşkilatının təşkilatın sədri Ayaz Quliyev təşkilatın yaranmasının 29-cu ildönümü  münasibəti  ilə partiya üzvlərini təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.