YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.