YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın “Proton” raket daşıyıcısı səmaya qalxdıqdan 10 dəqiqə sonra partladı

RİA “Novosti”nin verdiyi məlumata görə, Rusiyanın “Proton” raket daşıyıcısı səmaya qalxdıqdan 10 dəqiqə sonra partladı.

Rusiyanın ən  güclü peyki sayılan “Proton” raket-daşıyıcısının partlamasının səbəbləri haqqında konkret rəsmi məumat yoxdur. Hadisədən sonar, Ölən və xəsarət alanlar haqqında da hələlik heç bir məlumat yoxdur. Kosmik-raket üzrə mənbədən agentliyə bildirilmişdir ki, “Proton- M” Altay ərazisinə və ya Sakit okeanın akvatoriyasına düşə bilərdi. Raketin fəzaya buraxılması Xruniçov adına Dövlət Kosmik Elmi-istehsalat Mərkəzinin saytında nümayiş etdirilərkən diktor fövqəladə vəziyyətin yaranması haqqında məlumat vermişdir. Bundan sonra canlı nümayiş dayandırılmışdır. Həmin vəziyyət raketin səmaya buraxılmasından 540 saniyə sonra yaranmışdır.