YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi iştirakçıları və qazilər ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında qazi və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın dünyadakı şöhrətini daha da artırdı. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycan tarixinə yeni səhifə yazdı. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz həmişə ehtiramla yad edilir və onlar yetişən gənc nəslə nümunədirlər.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən söhbət açıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyatlarda əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq hər birimizdə sonsuz iftixar hissi yaradır.

Şəhid Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rəhilə Ramazanova övladı ilə fəxr etdiyini deyib, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Sonra Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Vətən müharibəsi iştirakçısı, xanəndə Məbud Əhmədov ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat verib.

Sonda qazi Vüqar Məmmədova doğum günü münasibətilə YAP Yasamal rayon təşkilatı və Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda, Vüqar Məmmədov və Məbud Əhmədov rayon təşkilatının fəxri fərmanı ilə təltif ediliblər.

DİGƏR Xəbərlər Arxiv