YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rahid Cəfərov doğum günündə anılıb

Cəlilabadda Vətən müharibəsi şəhidi Cəfərov Rahid Namiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub. 

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşkilat nümayəndələri, rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov şəhid Rahid Cəfərovun ailəsini ziyarət ediblər. Görüş zamanı Qarabağın azadlığı uğrunda canından keçmiş hər bir şəhidin adının tarixdə qalacağı vurğulanıb.

Daha sonra şəhidin məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müahirbəsinin şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, 30 ildən sonra rəşadətli ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.