YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibaəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonunun Tuğ kənd sakini şəhid Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının nümayəndələri və partiya fəalları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.