YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və təşkilat nümayəndələri Vətən müharibəsi zamanı düşmənə qarşı mərdliklə döyüşən, qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Muradov Elxan Murad oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhid Elxan Muradovun keçdiyi döyüş yolundan bəhs edilib, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb.

Daha sonra rayon təşkilatının əməkdaşları və və Əhmədabad ərazi partiya təşkilatının sədri Qasımov Xəqani şəhidin atası Murad Muradov ilə birlikdə Vətən qəhrəmanının məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv