YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Gəncədə fəal gənclərlə görüşüb

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Maarif Evində fəal gənclərlə görüşüb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamının, ümidinin tarixin yeni mərhələlərində özünü tam doğrultduğunu qeyd edən N.Həmzəyev ölkə Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

O vurğulayıb ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib: “44 günlük Vətən müharibəsində tarixi qələbə göstərdi ki, bu nəsil ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edərlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

Bu gün gənclərin qarşısında dayanan vəzifələrdən danışan deputat onu da qeyd edib ki, gənclər ölkəmizin tərəqqisində, müstəqilliyimizin möhkəmləndirilməsində fəal olmalıdırlar: “Gənclərin yüksək dünyagörüşünə yiyələnməsi üçün səmərəli təhsil alması çox vacibdir. Biliyə, təhsilə, elmə əsaslanan innovativ bacarıqlar əsas həyat şərtinə çevrilir. Artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir. Ölkə gəncliyinə əsas çağırışlar da məhz təhsillə, biliklərin, innovativ bacarıqların əldə olunması ilə bağlıdır”.

Sonra gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.