YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib. 

Rayon təşkilatının sədri Samir Vəliyev ərazi partiya təşkilatlarının sədrlərinə Yeni Azərbaycan Partiyasının yeni proqramına əsasən qəbul olunan, yenilənən qərarlar və YAP Nərimanov rayon təşkilatının 2022-ci il iş planı haqqında məlumat verib.

Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.

YAP Nərimanov rayon təşkilatının sədri ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb.