YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək

Aprelin 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.
Nazirlikdən bildirilib ki, festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbində ustad dərsləri təşkil olunacaq, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək. Açılış mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.
Festival çərçivəsində Muzey Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında, Beynəlxalq Muğam Mərkəzində, Gənc Tamaşaçılar Teatrında silsilə tədbirlər təşkil olunacaq.
Festivala aprelin 24-də Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulacaq.