YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 72,8 faizini təşkil edib

Bu ilin yanvar-fevral aylarında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 72,8 faizini təşkil edib. Ümumi istehsalın 88,1 faizi sənaye mallarının, 11,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, istehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib, bununla yanaşı, fevral ayında sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatları 21,1 milyon manat artaraq mart ayının əvvəlinə 312,8 milyon manat olub. Ehtiyatların 71,2 faizi Bakı, 7 faizi Sumqayıt, 2,1 faizi Gəncə, 1,1 faizi Şirvan, 0,3 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.