YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda şəhidlərin xatirəsi ehtiramla yad edilib

Zərdab rayonunda Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Mərasimdə YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, partiya fəalları, rayon İcra Hakimiyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

İştirakçılar əsaslı təmir olunan Şəhidlərin Xatirə parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə ediblər.