YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə AŞPA-nın monitorinq komitəsinin iclası keçiriləcəkdir

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir. 

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Gürcüstan və Albaniya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Ukrayna və Rusiyadakı son siyasi hadisələr, Makedoniya ilə monitorinq sonrası dialoq, AŞPA-nın monitorinq prosedurunun təkmilləşdirilməsi perspektivləri və digər mövzularda müzakirələr aparılacaqdır.

Səməd Seyidov iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəkdir.