YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqa başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".