YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Cavid Osmanov seçiciləri ilə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov seçicilərin növbəti qəbulunu keçirib.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov da iştirak edib. Pandemiya ilə bağlı qaydalara ciddi əməl olunmaqla fərdi qaydada keçirilən görüş zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətlər qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, onları narahat edən bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin həlli istiqamətində isə qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən C.Osmanov qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyəti orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Milli Məclisin deputatı vətəndaşların problemlərini dinləməklə yanaşı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər barədə seçicilərə məlumat verib. Qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər də müzakirə edilib, vətəndaşlara ölkədə aparılan vaksinasiya prosesində yaxından iştirak etmək tövsiyə olunub.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.