YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Yevlaxda Vətən müharibəsi şəhidi Əliyev Cəlal Əli oğlunun xatirəsi anılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının nümayəndələri şəhidin doğum günü münasibətilə rayonun Nemətabad kəndində yerləşən xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, Vətən qəhrəmanının əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhidin ailə üzvlərinin, kənd sakinlərinin iştirak etdiyi tədbirdə şəhidin ruhuna dualar oxunub, onun şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub.

Daha sonra tədbir iştirakçıları şəhid Cəlal Əliyevin ailəsini ziyarət edərək, dərin hüznlə başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıblar.