YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı 2021-ci ilin yekunlarına dair konfrans keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş konfrans keçirib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azər Süleymanov ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdiyini söyləyib. Bildirib ki, partiyanın ölkənin milli maraqlarına və inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.

2021-ci ilin müstəqil Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qaldığını deyən A.Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda gedən quruculuq işlərindən bəhs edib. 

Sonra YAP Nəsimi rayon təşkilatının fəaliyyətindən danışan təşkilat sədri qeyd edib ki, hazırda rayon təşkilatının üzvlərinin sayı 31156 nəfərdir. Onların 12931 nəfəri qadınlar, 9305 nəfəri gənclərdən ibarətdir.  İl ərzində YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarının sayı isə 100-ə çatıb.

Tədbirdə çıxış edən “Loqos” psixoloji və nitq inkişaf mərkəzi ərazi partiya təşkilatının sədri Təranə Paşayeva rayon ərazisində  gedən quruculuq və abadlıq işlərindən, o cümlədən  partiyanın uğurlarından bəhs edib.

Sonda bir qrup partiya fəalına YAP Nəsimi rayon təşkilatının diplom və təşəkkürnamələri təqdim edilib.