YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Sərəncam ilə ödənəcək birdəfəlik yardım ünvanlı sosial yardım alan 47 min ailəni əhatə edəcək

Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam həmin kateqoriyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.

Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il dekabrın 30-na ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə bu il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.

Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımı həmin ailələrin hesablarına köçürəcək.

Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88 faiz artaraq 280 manatı ötüb.