YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planının təsdiqi müzakirə olunacaq, cari məsələlərə baxılacaq.  

İclasda YAP Təftiş Komissiyasının üzvləri – Aydın Hüseynov, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Səməd Seyidov, Musa Musayev, Cavanşir Paşazadə və Elman Nəsirov İş Planına münasibət bildiriblər.

Sonda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planı təsdiq olunub.