YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hadrut qəsəbəsindəki Hərbi hissənin açılışı zamanı etdiyi çıxış Azərbaycanın hərbi gücünun nümayişi idi

Dövlət başçımız cənab İlham Əliyevin ad günlərini xalqın arasında keçirməsi bir ənənə halını alıb. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. Müzəffər Ali Baş Komandan 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd etmişdi, bu dəfə isə 60 illiyini Qarabağda – Şuşada Azərbaycan Ordusu ilə, əsgər və zabitlərlə birgə qeyd etdi. Bu dəfə Ali Baş Komandan onun əmri ilə dərhal hücuma keçən, müqəddəs missiyadan dönməyən, şəhidlər verərək torpaqları işğaldan azad edən ordu ilə, əsgər və zabitlərlə bir yerdə oldu. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Ölkə başçısının 24 dekabr 2021-ci il tarixində Hadrut qəsəbəsindəki Hərbi hissənin açılışı zamanı etdiyi çıxış bir daha Ermənistana və onların havadarlarına Azərbaycanın hərbi gücünun nümayişi idi. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır. Azərbaycan xalqı işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Vətən müharibəsində düşmən qarşısında güclü ordu gördü. Qələbədən sonra istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür, ali hərbi məktəblərdə belə Azərbaycanın döyüş taktika və strategiyası təhlil edilir, ətrafında müzakirələr aparılır. Öz ad gününü doğma Şuşada, Hadrutda əsgərlərlərin yanında qeyd edən cənab Prezidentin xalqa müraciəti hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaratdı.