YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı  məktubu göndərib.

Məktubda deyilir: “Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm".