YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunda “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təşkilatçılığı ilə rayonun Heydər Əliyev mərkəzində “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova, YAP Zərdab rayon təşkilatı ərazi partiya təşkilatının sədrləri, şəhid ailələri, İkinci Qarabağ müharibəsi iştirakçıları və qaziləri, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlərin xatirə parkında onların fotoşəkilləri həkk edilən xatirə abidələrini, Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra kitab sərgisinə baxış keçirilib.

Heydər Əliyev mərkəzində davam edən tədbirdə YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova Prezident İlham Əliyev şəxsiyyətinin modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirdiyini söyləyib. O, ölkədə siyasi münasibətlərin inkişafında cənab İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaman ölkədə siyasi qüvvələr arasında sağlam əlaqələrin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olub.

Vurğulanıb ki, Ali Baş Komandanın şəxsən rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 30 ilə yaxın müddətdə millətimizin əyilmiş, ancaq sınmamış qamətini düzəltdi, millətin ləyaqətini özünə qaytardı.

Daha sonra Zərdab rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov, Ağdaş Regional Mədəniyyət idarəsinin Zərdab rayon üzrə nümayəndəsi Urfan Əhmədov, Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru Kəmalə Əliyeva, Əlvənd kənd orta məktəbinin direktoru, YAP fəalı, Vətən müharibəsi iştirakçısı Elvin Xəlilov mövzu ətrafında çıxış ediblər.