YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Şəmkir Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Şəmkir rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən  Fəxrəddin Vəliyev çıxış edərək  Prezident İlham Əliyevin 18 illik fəaliyyəti, qazanılmış uğurlar və Yeni Azərbaycan Partiyasının regionun nüfuzlu partiyası olaraq həyata keçirdiyi uğurlu siyasət haqqında fikirlərini bildirib.

Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür.

Konfransda Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov, YAP Şəmkir rayon təşkilatının fəalı Qətibə Məmmədova, Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov çıxış edərək son 18 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən danışıblar.