YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib

Naftalan şəhərində  “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər təşkilatının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Tədbiri YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev açaraq qeyd edib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Naftalan ŞİH başçısının müavini Kəmalə Hüseynova çıxış edərək qeyd edib ki, Prezidentimiz İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, cənab Prezident Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi.

Tədbirdə çıxış edən digər natiqlər vurğulayıblar ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi naminə həyata keçirdiyi uğurlu siyasətin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  film nümayiş etdirilib.

 

 

DİGƏR Xəbərlər Arxiv