YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Avropada təbii qaz qıtlığının yaşandığı bir vaxtda Azərbaycanın əhəmiyyəti önə çıxır

Hazırda Avropada təbii qaz qıtlığının yaşandığı bir vaxtda Azərbaycanın, TAP boru kəmərinin əhəmiyyəti önə çıxır.

Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri “ANSA” agentliyinə müsahibəsində deyib.

K.Taffuri Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan İtaliyanın əsas neft və təbii qaz tədarükçüsüdür. Hazırda Avropada təbii qaz qıtlığının yaşandığı bir vaxtda Azərbaycanın rolu önə çıxır. Azərbaycan çox mühüm bir mərkəz, şərqlə qərb arasında bir növ sütundur.

O, İtaliya ilə Azərbaycanın təkcə enerji sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də səmərəli əməkdaşlıq etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün əhəmiyyətini qeyd edən səfir vurğulayıb: “Əsas məsələ ölkələr arasında logistika əlaqələrinin bərpasıdır ki, bu da şübhəsiz çox vacibdir”.