YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatında “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatında “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 Konfransda  YAP Cəlilabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən  Mirsüleyman Mirxaslı Prezident İlham Əliyevin son 18 il ərzindəki fəaliyyətinə həsr olunmuş geniş nitq söyləyib.

Sonra YAP Cəlilabad rayon təşkilatın üzvləri H.Cavadov, Y.Rzayeva, E.Sadığov və digərləri Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə ediblər. Çıxışlarda aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı qeyd edilib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradıldığndan da bəhs edilib. Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və strategiya, habelə yüksək vətənpərvərlik ruhu, Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib.